“Multikulturalizm və Azərbaycançılıq Məskurəsi” mövzusunda tədbir keçirildi.

Azərbaycan tolerant bir ölkədir. Respublikamızda çoxsaylı müxtəlif xalqlar və etnik qruplar yaşayır. Bu xalqların hər birinin milli-adət ənənəsi , dini, milli mənəvi dəyərləri var.Tarixən həmişə başqa xalqlarla bir yerdə yaşayan Azərbaycan xalqların dininə yüksək dəyər vermiş, onların ibadətgahlarını qoruyub saxlamış, dini ayinlərinin icrasına imkan yaradılmışdır. Belə tədbirlərdən biri də 25 mayda 44 nömrəli tam orta məktəbdə təşkil olunmuşdur. Məktəbimizə dəvət olunmuş BSU-nin Azərbaycan Multikulturalizm kafedrasının dossenti,tarix üzrə fəlsəfə doktoru Rauf Hacı “Multukulturalizm və Azərbaycançılıq Məskurəsi” mövzusunda müəllim və IX-XI sinif şagird kollektivinin qarşısında çıxış edərək xalqımızın multikulturalizm dəyərlərini təhlil etdi. Məruzəçi çıxışında qeyd etdi ki, Respublika Prezidenti İlham Əliyevin 2016-cı il “Multikulturalizm ili” elan etməsi dövlətimizin demokratik bir dövlət olduğunu bir daha təsdiq etmiş oldu. Azərbaycan xalqı həmişə öz milli-mənəvi dəyərləri ilə öyünməyə haqlı bir xalqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi