II-IV siniflərdə monitorinqlər aparılıb

Məktəbin direktoru Arifə Balakişiyeva və tədris işləri üzrə direktor müavini Tamilla Xankişiyeva məktəbdə müntəzəm olaraq dərsdinləmələr aparıblar. Hər bir dərs təhlil olunub və tövsiyələr verilib.
29-31 mart tarixlərində məktəbin II-IV siniflərində Azərbaycan dili və riyaziyyat fənlərindən monitorinqlər aparılıb. Monitorinqlərin nəticələri ətraflı təhlil olunub. Bəzi siniflərdə nəticələr keyfiyyət baxımından sevindirici olub.