Aprel döyüşləri haqqında "dəyirmi masa" keçirilib

 

Aprelin 2-də məktəbin 9”A” sinfində Aprel zəfərinin beşinci ildönümünə həsr olunmuş “Aprel döyüşlərinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Aprel döyüşlərində və Qarabağ müharibəsində qəhrəmancasına həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Şagirdlər Aprel döyüşlərinin tarixi haqqında məlumat veriblər. “Dəyirmi masa”da o da qeyd edilib ki, 2016-cı il tariximizə həm də Azərbaycan Ordusunun uzun illərdən sonra düşmən üzərində qazandığı qələbə ili kimi daxil olub. Ermənistan Silahlı Qüvvələrinin təxribatlarına cavab olaraq Azərbaycan əsgəri aprelin əvvəllərində əks-hücum əməliyyatı ilə düşmənə layiqli cavab verib, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altında olan 2000 hektardan çox ərazisi azad edilib, minlərlə hektar torpaq Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini dünyaya nümayiş etdirdi. Doğma Qarabağımızın düşmən tapdağından xilas edilməsində Aprel döyüşləri əsas yol idi. Qüdrətli ordumuz Ali baş komandanımızın başçılığı altında bizə bu sevinci yaşatdı.

Daha sonra şagirdlər məktəbin adını daşıdığı Azərbaycan Respublikasının Milli Qəhrəmanı Yusif Mirzəyevin büstünü ziyarət edib, büstün qarşısına gül dəstələri qoyublar. Şagirdlər Vətənə, torpağa aid şeirlər səsləndiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi