31 Mart Azərbaycanlıların Soyqırımı Günü

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür. Soyqırım Günü ilə əlaqədar məktəbin foyesində soyqırımı əks etdirən guşə hazırlanıb. Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Məmmədovanın rəhbərlik etdiyi 7”C” sinif şagirdlərinin iştirakı ilə 31 Mart Soyqırımına həsr olunmuş onlayn tədbir keçirilib. Soyqırım qurbanlarının və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Şagirdlər bu günün tarixi haqqında məlumat veriblər.

A.Məmmədova bildirib ki, erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atıblar, bu soyqırımının əsl hüquqi-siyasi qiyməti isə Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra  Mart hadisələrinin 80-ci ildönümündə -1998-ci il martın 26-da Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət oldu.

Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı imzalamasından 23 il keçir. Həmin Fərmana əsasən 31 mart-Azərbaycanlıların soyqırımı günü elan olundu. Qeyd edək ki, bu sənədin ermənilər və onların tarixi havadarlarının yurdumuzun və yurddaşlarımızın başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında rolu böyük və əhəmiyyətlidir.

Fərmanda deyilir: “Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Azərbaycan xalqına qarşı dəfələrlə törədilmiş və uzun illərdən bəri öz siyasi-hüquqi qiymətini almamış soyqırımı da tarixin açılmamış səhifələrindən biridir”. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi