Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin doğum gününə həsr olunmuş tədbir keçirildi.

Mayın 23-ü Azərbaycanın qəhrəman övladı, Qarabağ qartalı Yusif Mirzəyevin doğum günü adını daşıdığı Bakı şəhəri Nəsimi rayonu 44 nömrəli tam orta məktəbdə böyük təntənə ilə anıldı. Tədbirdə Milli Qəhrəmanın yaxın qohumları, rayon rəhbərliyinin nümayəndələri, məktəbin direktoru, valideynlər və şagirdlər iştirak etdilər. Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin keçdiyi mənalı ömür yolu şagirdlərimiz tərəfindən hərtərəfli işıqlandırıldı. Onlar Azərbaycan Respublikası Prezidentinin qərarına əsasən Azərbaycan Respublikasıının suverenliyi və ərazi bütövlüyünün qorunması , dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində şəxsi şücaətinə və Ağdərə uğrunda gedən döyüşlərdə göstərdiyi igidliyə görə xalqımız qəhrəman övladını həmişə yaşadacaqdır. Yusif Mirzəyev kimi qəhrəmanlarımızın döyüş yolu bu gün də aprel savaşlarında davam etdirildi. Azərbaycanımızın Yusif qeyrətli oğulları erməni daşnaqlarına sübut etdi ki, biz türk övladları bir qarış torpağımızı yadelli düşmənlərin tapdağı altında qoymayacağıq. Vətən onu sevib, qoruyanlarındır!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi