Valideynlərlə onlayn görüş
Martın 9-da məktəbin direktoru Arifə Balakişiyeva tərəfindən bütün siniflər üzrə valideynlərlə onlayn görüş keçirilib. Görüşdə Arifə Balakişiyeva 2020-2021-ci tədris ilində məktəbin nailiyyətləri haqqında ətraflı məlumat verib. Arifə xanım şagirdlərin dərslərinə daha diqqətli yanaşmasını, xüsusilə də buraxılış siniflərin distant və əyani dərslərdə iştirak etməklərinin vacibliyini qeyd edib. Sonda valideynlərin arzu və təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.