Məişət zorakılığına qarşı mübarizə

Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planının həyata keçirilməsi ilə əlaqədar martın 9-da məktəbin psixoloqu Nazilə Hüseynova tərəfindən VI”A” sinif şagirdləri ilə maarifləndirici söhbətlər aparılıb. Nazilə Hüseynova şagirdlərə ailədaxili münaqişələrdə uşaqların hansı mövqedə olması, özünü necə aparması, vəziyyətin yumşaldılması üçün nə etməli olduqları haqqında çox faydalı məlumat verib. Həmçinin Nazilə müəllimə məişət zorakılığına məruz qalan uşaqların aşkar olunması məqsədilə şagirdlər arasında psixoloji anket-sorğu təşkil edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi