Xocalı soyqırımının ildönümü ilə əlaqədar onlayn tədbir keçirilib

Vətənpərvər ruhda böyüyüb boya-başa çatan şagirdlərimiz, təbii ki, bugünkü tarixdən yan keçə bilməzdilər. Məktəbin 5”B” sinif şagirdləri Xocalı qətliamını ürək yanğısıyla anıblar. Əvvəlcə "Ana harayı" abidəsini ziyarət edən azyaşlılar öz həmvətənlərini layiqincə yad ediblər. O dəhşətli gecəni bir daha xatırlayıblar. Bildikləri, eşitdikləri, böyüklərdən öyrəndikləri faciəvi hadisələri bir-biriləri ilə bölüşüblər.

Fevralın 23-də "Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünün keçirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planı"na uyğun olaraq onlayn tədbir keçirilib. Şagirdlər Xocalı şəhidlərinə həsr olunmuş şeirlər söyləyib. Ən təsiredici məqam o idi ki, bu uşaqlar öz azyaşlı həmvətənlərinin faciəsini ürək yanğısı ilə dilə gətiriblər. Onlar söz veriblər ki, bu faciəvi tarixi heç vaxt unutmayacaq, gələcək nəsillərə ötürəcəklər.

Bir məqamı da qeyd etməmək mümkün deyil ki, builki tədbir öncəkilərdən kəskin fərqlənirdi. Əvvəlki hüzn, matəm öz yerini qürura, mübarizliyə vermişdi. Artıq bu vətən övladlarının gözlərində kədər yox, intiqam qığılcımları alovlanırdı.

Gözün aydın, Azərbaycan! Mərd oğulların qisasını qiyamətə qoymadı və qoymayacaq!!!

https://youtu.be/t_OvSncbfOA

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi