18 may “Muzeylər günü”nü ibtidai sinif şagirdləri maraqlı gəzintilərlə yadda qalan etdilər

44 nömrəli tam orta məktəbin 2, 3, 4-cü sinif şagirdləri 18 may “Muzeylər günü”nü maraqlı gəzintilərlə yadda qalan etdilər. Onlar ilk əvvəl yeni açılan “Xalça” muzeyinə gediblər. Orada qədimi, ən çoxu 400 il yaşı olan XVII əsrə aid olan xalçanı, xalçacı rəssam Səttar Bəhlulzadənin şagirdi öz müəlliminin 20 əsərindən ibarət hazırladığı xalçanı, Fizulinin “Leyli və Məcnun” əsərinə edilən illustrasiyalı xalçanı, ən nəhayət Azərbaycanın ən qədim xalçası olan, hal-hazırda İngiltərə muzeyində saxlanılan “Şeyx Səfi “ xalçasını yeni texnologiya vasitəsilə gördülər, bu xalçanın üzərində olan naxışların indiyə qədər təkrarlanmaması hamının marağına səbəb oldu. Sonra isə oradan İçərişəhərdə yerləşən “Şirvanşahlar sarayı” tarixi muzeyə getdik. Burada sarayın məscidi, hamamı, divanxanası ilə tanış olduq. Oradan çıxıb İçərişəhərin dar, eyni zamanda qədimi daşlarla döşənmiş küçələri gəlib “Qız qalasına” çatdıq.”Qız qalası” təmirdən sonra yeni texnologiya tərtib olunmuş avadanlıqlarla təchiz olunmuşdur. Lazer şüaları ilə divarlara şəkillər salınır, qədim zamanın ab-havasını insan öz üzərində hiss edirdi. Uşaqlar gəzdikləri muzeylərdən xatirələrlə ayrıldılar, hər bir anı qoruyub saxlamaq üçün çoxlu şəkillər çəkdirdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi