Beynəlxalq Ana Dili Günü ilə bağlı onlayn tədbir keçirilib

Fevralın 19-da 7 C sinif şagirdlərinin iştirakı ilə 21 Fevral Beynəlxalq Ana Dili Günü ilə bağlı “Dilimiz varlığımızdır” adlı onlayn tədbir keçirilib. Tədbirdə fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd edilməsinin tarixindən danışılıb, dilimizin zənginləşdirilməsi və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri xüsusi vurğulanıb. Qeyd olunub ki, 2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünümüdafiə ehtiyaclarının ödənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd ümummilli lider Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğısının parlaq nümunələrindən biridir.

Hazırda bu ənənələri Prezident İlham Əliyev uğurla davam etdirməkdədir. Dövlətimizin başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı və bu istiqamətdə görülən digər işlər dilimizin inkişafına böyük qayğının təzahürüdür.

https://youtu.be/Dek9w8YmfOc

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi