Növbəti Pedaqoji Şuranın iclası keçirilib

Yanvarın 30-da məktəbin pedaqoji kollektivinin iştirakı ilə "Microsoft Teams" platforması üzərindən növbəti Pedaqoji Şuranın iclası keçirilib. Pedaqoji Şurada məktəbin direktoru Arifə Balakişiyeva müəllimlərə I yarımil ərzində distant təhsilin təşkili sahəsində görülən işlər, məktəbdaxili qiymətləndirmələrin və fənn olimpiadalarının nəticələri, IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlıq və qarşıda duran digər vəzifələr barədə məlumat verib. A.Balakişiyeva fevralın 1-dən başlayaraq məktəbdə məktəbəhazırlıq qrupları və ibtidai siniflər üzrə tədris prosesinin bərpası ilə bağlı görülən hazırlıq işlərindən də söhbət açıb.

Tədrisin təşkilində müəllimlərin üzərinə düşən məsuliyyətin vacibliyindən bir daha bəhs olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi