"20 Yanvar faciəsinin otuz birinci ildönümü” ilə bağlı seminar keçirilib

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Mustafayeva tərəfindən şagirdlərlə "20 Yanvar faciəsinin otuz birinci ildönümü” ilə bağlı seminar keçirilib. Şagirdlər seminarda yaxın keçmişimizə aid tarixi faktları araşdırıb. Məlum olub ki, 31 il keçməsinə baxmayaraq gənc nəsil bu faciəni unutmayıb. Əksinə, bunu gələcək nəsillərə də tam təfərrüatı ilə ötürməyə hazırdır. Şagirdlər bu ağrı-acını daha qabarıq nümayiş etdirmək üçün müxtəlif şeir parçaları səsləndiriblər.

Sevinc müəllimənin rəhbərliyi ilə şagirdlər 20 yanvar şəhidləri haqqında müxtəlif təqdimatlar hazırlayıblar. Bu təqdimatlarda düşmən vandalizmi bariz şəkildə əks olunub. Bir çox şəhid olmuş gənclərin yarımçıq qalmış arzularını həyata keçirmək üçün bütün şagirdlər and içiblər. Qeyd ediblər ki, artıq bu ildən etibarən Şəhidlər Xiyabanına alnı açıq, üzü ağ gedəcəklər, çünki torpaqlarımız işğaldan azad olunub. İlk dəfə bu Xiyabana qürurla qədəm qoyacağıq.

Ruhunuz şad olsun, əziz Şəhidlərimiz!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi