31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü

Məktəbin 7"B" sinif şagirdlərinin iştirakı ilə 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş “Həmrəy olaq, bir olaq!” adlı tədbir keçirilib. Tədbirdə şagirdlər 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verib, Vətənə, həmrəyliyə aid şeirlər söyləyiblər. 

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü-Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. 

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağılması zamanı qoyulub. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib. Daha sonra 1993-cü ildə Azərbaycan Respublikası prezidenti Heydər Əliyevin fərmanı ilə 31 dekabr tarixi rəsmi olaraq dövlət bayramı-Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunub. O vaxtdan bütün azərbaycanlılar üçün əziz olan 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü olaraq qeyd edilir.

Biz bu il Dəmir Yumruq olduq. Biz bu il əsrlərin, illərin ağrısına qalib gəlmək üçün Həmrəylik göstərdik, səfərbər olduq və qalib gəldik. Biz bu il cənnət yurdlarımıza, qərib qalmış torpağımıza, daşımıza qovuşduq. Dünyadakı hər bir azərbaycanlının dilində Vətən duası, bir də "Qarabağ Azərbaycandır!" nidası bu il zəfərlə, məğrurluqla, qürurla söyləndi. Həmrəylik Günümüz mübarək! Qarabağı qurub-yaradacağımız ilimiz uğurlu olsun! 

https://youtu.be/iMXrhG61g9E

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi