Tarix yazan sərkərdəmiz doğum gününüz mübarək!

Əziz Ali Baş Komandan! Bu gün sənin ad günündür. Ömrünün 59-cu ilini yaşayırsan. O ilini ki, adını tarixə yazdırdın. Adın bir Fateh kimi dillərə düşüb dastana döndü. Hələ çox illər, qərinələr, əsrlər sonra ismin sevgiylə, sayğıyla anılacaq. Haqq işi uğrunda apardığın mübarizə səni əbədi yaşadacaq. Bir əlində qılınc, bir əlində Quran, dilində də Allah kəlamı Vətəninə sahib çıxdın. 30 ilin həsrətinə məlhəm oldun. Gözüdağlı, bağrı qubarlı həmvətənlərinin sevincinə səbəb oldun. 44 günlük müharibə sadəcə torpaqları geri qaytarmaqla bitmədi. Bu savaşda qazandığın zəfərlə həm də sən Azərbaycan xalqının əzəmətini dünyaya sərgilədin. Uzun illərdən bəri, “erməni yenilməzliyi” mifini darmadağın etdin. Müxənnət düşmənə elə bir dərs verdin ki, çətin bundan sonra özlərinə gələrlər.

Sevimli Prezidentim! Sənin timsalında bütün dünya xalq-lider birliyinin şahidi oldu. Nəinki gördüyün böyük işlər, hətta ən xırda hərəkətin, jestin belə xalqın tərəfindən böyük sevgiylə qarşılanır. İstər televiziya ekranlarında, istər sosial şəbəkələrdə millətin sənə olan sevgisi göz önündədir. Bu cür sevilən lider hər ölkəyə nəsib olmur.

Yaşa, cənab, yaşa, min yaşa! Bizim üçün yaşa, xalqın üçün yaşa! Azərbaycan üçün yaşa. Səni çox sevirik və hər əmrinə müntəzirik.

https://youtu.be/zvll8GejBJk

https://youtu.be/OPISFSsa4g8

https://youtu.be/0nIRBPAW8g8

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi