“Qarabağ Azərbaycandır!” adlı virtual tədbir keçirilib

Vətən uğrunda mübarizədə Azərbaycan Ordusunun şanlı qələbəsi ilə əlaqədar maarifləndirici tədbirlərin görülməsi, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunması və Azərbaycan Respublikası Təhsil nazirinin "Fəaliyyət Planının təsdiqi barədə" 16.11.2020-ci il tarixli F-512 nömrəli əmri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 24.11.2020-ci tarixli F-233 nömrəli əmrlərinin icrasını təmin etmək məqsədilə məktəbin IV sinif şagirdləri ilə “Qarabağ Azərbaycandır!” adlı virtual tədbir keçirilib.

Tədbirin təşkilatçısı ibtidai sinif müəllimi Təranə Nuriyeva olub. Tədbir “Microsoft Teams” platforması vasitəsilə keçirilib və video formatda yazılıb. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninisəsləndirilməsi ilə başlayıb. Tədbirdə IV sinif şagirdlərinin bir-birindən gözəl şeirləri, rəqsləri, rəsm və əl işlərindən ibarət onlayn sərgiləri nümayiş olunub. Qarabağ qazisi, Vətən müharibəsinin qəhrəmanı olan Cavid Həsənov qonaq qismində tədbirdə iştirak edib. Şagirdlərin maraq ilə qarşıladığı qonağımız suallara məharətlə cavab verib, Vətən müharibəsinin əhəmiyyətindən söz açıb.

Sonda tədbir "Qarabağ Azərbaycandır" şüarı ilə tamamlanıb. 

https://youtu.be/wV8kHrdTw20

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi