12 dekabr Ümummilli lider Heydər Əliyevin anım günüdür

Tarixin səhifələrinə nəzər saldıqda bəşəriyyətin zaman-zaman dahi şəxsiyyətlər yetişdirdiyinin şahidi oluruq. Bu dahilər illər, əsrlər keçsə də, heç bir zaman unudulmur, dünya var olduqca yaşayırlar. Onlar sanki öz xələfləri üçün əməlləri, fikirləri ilə mayak rolunu oynayırlar. Belə dahi şəxsiyyətlərdən biri də Azərbaycanın Ulu Öndəri Heydər Əliyevdir. O, cismən xalqımızı tərk etsə də, ruhu əbədi olaraq bizimlədir. Onun fikirləri, düşüncələri sanki bir məşəl olub, yolumuza işıq saçır, qələbəyə, zəfərə, xoş günlərə doğru addımlamağımızda bizə yol göstərir. Yaşadığı şərəfli ömrünün elə bir anı olmadı ki, xalqını, doğma Azərbaycanını düşünməsin. Böyük mütəffəkir idi o insan. Qarşısına qoyduğu məqsədlərə yetmək üçün bir insan ömrünün yetərli olmayacağını anlayırdı. Ona görə də yeganə oğlunu öz xalqına xidmət etmək üçün hazırladı. Hiss edirdi ki, gənc İlhamın ürəyi atasının arzuları, xəyalları ilə birgə döyünür. İnanırdı oğluna. Bir fateh yetişdirdi onu Azərbaycan üçün. Oğul da atanın ümidlərini puç etmədi. Tarixə adını əsl Fateh kimi yazdırdı. Xalqımızın arzularında yaşatdığı rəhbərə çevrildi-torpaqlarımızı işğaldan azad etdi. Bu gün hamımız xalqın rəhbərinə olan sevgisinin şahidi oluruq. İndi hər birimiz bir yumruq kimi birləşərək onun arxasında əmrə müntəzir dayanmışıq.

Unutmamalıyıq ki, bu gün yaşadığımız bu zəfər eyforiyasının təməlini məhz Heydər Əliyev atmışdır. İndi onun ruhu şaddır. Arzuları bir-bir gerçəkləşir. Xoş günlərə iri addımlarla addımlayan Azərbaycan xalqı bu dahi şəxsiyyəti heç vaxt unutmayacaq.

Məkanın cənnət olsun, Ulu Öndər!

https://youtu.be/rk4uEz9IjNg

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi