Əfsanəvi qəhrəmanın 100 illik yubileyinə həsr olunmuş onlayn tədbir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 07 oktyabr 2020-ci il tarixli F-192 nömrəli əmrinə əsasən dekabrın 3-də məktəbin GÇQH fənn müəllimi Novruz İsmiyev 11”A” sinfi ilə Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinə həsr olunmuş onlayn tədbir keçirib. Onlayn tədbirdə məktəbin direktoru Arifə Balakişiyeva, Ehtiyatda olan polkovnik leytenant Eldar Qarayev, Ehtiyatda olan polkovnik leytenant Rövşən Qasımov və şagirdlər iştirak ediblər. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin oxunması ilə başlayıb. Ulu öndər Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən qonaqlar əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun könüllü olaraq cəbhəyə yollandığı və daha sonra Fransa Müqavimət hərəkatına qoşulduğu  və bu hərəkatın fəal iştirakçısına çevrildiyi haqqında şagirdlərə geniş məlumat veriblər. Həmçinin Azərbaycan xalqının adına dünyada şöhrət qazandıran Əhmədiyyə Cəbrayılovun qəhrəmanlıqla dolu şərəfli ömür yolunun Azərbaycan əsgəri üçün də hünər və cəsarət nümunəsi olduğu vurğulanıb.


https://youtu.be/hsrPfeHjNws

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi