Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub

Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükutla yad olunub.

“4 dekabr-Şəhidlərin anım günü” ilə əlaqədar məktəbin 8”A” sinfində online tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Arifə Balakişiyeva Vətən müharibəsindən, Şəhidlərin qanı və canı bahasına əldə olunmuş zəfərdən danışıb.

Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq.

 Tədbiri təşkil edən məktəbin həyat bilgisi müəllimi Anay Quliyeva Qalibiyyətimizin simvolu olan “Xarı-Bülbül”dən söhbət açıb. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara tezliklə şəfa, onların ailələrinə və yaxınlarına güc və səbir versin!

https://youtu.be/Tup6AsdPVuc

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi