Məktəbdə növbəti Pedaqoji Şuranın iclası keçirilib

Noyabrın 27-də məktəbdə pedaqoji kollektiv ilə "Microsoft Teams" platforması üzərindən növbəti Pedaqoji Şuranın iclası keçirilib. Pedaqoji Şurada məktəbin direktoru Arifə xanım Balakişiyeva Azərbaycan Ordusunun şanlı qələbəsi münasibəti ilə kollektivi təbrik edib və TN-nin 16.11.2020-ci il tarixli F-512 və BŞTİ-nin 24.11.2020-ci il tarixli F-233 nömrəli əmri və “Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” fəaliyyət planını pedaqoji kollektivin üzvlərinə çatdırıb. Arifə xanım Balakişiyeva pedaqoji kollektivə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsi dövründə Azərbaycan dövlətini Şanlı Qələbəyə aparan daxili və xarici siyasəti barədə ətraflı məlumat verib. 

O, bildirib ki, Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi 30 ilə yaxın düşmən işğalında qalan torpaqlarımızın azad edilməsi ilə başa çatdı. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azəraycan ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Qələbə xalqımızın bütün dünyaya haqqı uğrunda mübarizə aparmaq əzminin nümayişi oldu. Azərbaycan Ordusu dünya hərb tarixində qalib Ordular sırasına daxil oldu.

Müzakirələr aparıldıqdan sonra əmrin icrasına dair məktəbin Fəaliyyət Planı təsdiq edilib.       

      

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi