Əhmədiyyə Cəbrayılovun döyüş yolu haqqında onlayn mühazirə keçirilib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 07 oktyabr 2020-ci il tarixli F-192 nömrəli əmrinə əsasən Əhmədiyyə Cəbrayılovun döyüş yolu haqqında məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aytən Məmmədova 7”C” sinfi ilə onlayn mühazirə keçirib. Mühazirədə şagirdlərə məlumat verilib ki, Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş, Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçmişdir. 1941-ci ildə müharibənin başlanması ilə ölkənin müdafiəsi üçün könüllü surətdə cəbhəyə yollanan Əhmədiyyə Cəbrayılov daha sonralar Fransa Müqavimət hərəkatında fəal iştirak etmişdir. Əhmədiyyə Cəbrayılovun yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilmişdir. Fransa dövlətinin orden və medalları ilə təltif edilmiş həmvətənimizin, eyni zamanda, Müqavimət hərəkatı iştirakçıları sırasında xatirəsi əbədiləşdirilmişdir.

Xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış Ə.Cəbrayılovun igidlikləri işğal altındakı torpaqlarımızı hər an azad etməyə qadir olan Azərbaycan Ordusunun mətin əsgəri üçün fədəkarlığın parlaq rəmzi, hünər və cəsarətin bariz nümunəsidir.

44 günlük Qarabağ döyüşündə Azərbaycanın igid oğulları cəsarəti, vətənpərvərliyi ilə hamımıza qürur hissi yaratdı. Onların qorxmazlığı Əhmədiyyə Cəbrayılovun layiqli davamçıları olduğunun göstəricisidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi