Bayraq gününə həsr olunmuş tədbir

Məktəbdə noyabrın 5-də Bayraq  gününə həsr olunmuş tədbir keçirilib. Mövcud şəraitlə əlaqədar bu tədbir məktəbin dəhlizində baş tutub. Lakin buna baxmayaraq, uşaqların sevinci, bayrağa olan məhəbbəti məsafədən belə duyulub. Şagirdlər bayrağımıza həsr olunmuş şeirlər səsləndiriblər. Bayrağımızın yaranma tarixini ətraflı izah ediblər. Rənglərin daşıdığı rəmzi mənaları bir daha yada salıblar. Doğrudur, məktəbdə hər il "Bayraq günü" qeyd olunur. Amma bu dəfə bayram əhval-ruhiyyəsi tam fərqli idi.

Bayrağımızın işğaldan azad olunmuş torpaqlarda dalğalanması uşaqlarda bir başa ruh yaratmışdı. Onların hər biri sanki bir əsgər idi. Ordumuzla, əsgərimizlə qürur duyduqlarını bildiriblər. Bir daha qeyd ediblər ki, bayrağımızın sancıldığı hər qarış torpağımızı göz bəbəyi kimi qoruyacağıq. İgid oğullarımızın canı, qanı bahasına başa gələn əmanətlərimizi baş üstündə tutacaqlarına və gələcək nəsillərə şərəflə ötürəcəklərinə and içiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi