Əsgərə məktub

Oktyabrın 8-də məktəbdə Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Şagirdlər böyük həvəs və ruh yüksəkliyi ilə əsgərlərə məktublar yazıblar. Xalqımızın həmrəyliyini simvolizə edən bu kimi təşəbbüslər xalqın monolit birliyinin sübutu və ölkəmizin haqq etdiyi böyük qələbəyə kiçik bir töhfədir.

Məktəblilər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında üçrəngli bayrağımızın doğma Qarabağın hər bir guşəsində dalğalanacağına inandıqlarını söyləyib, “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, vətən bölünməz!”, “Biz birlikdə güclüyük!”, “Azərbaycanın güclü ordusu var!” və digər bu kimi fikirləri ifadə edib və əsgərləri çox sevdiklərini bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi