“Yol hərəkəti qaydaları və onlara necə əməl edirik” mövzusu üzrə dərslər keçirilib

“Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Təhsil Nazirliyinin Tədbirlər Planının 7.4.1.-ci yarımbəndinin icrasından irəli gələn “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-ci il sentyabrın 22-də məktəbin 1-dən 4-cü sinfə qədər bütün sinif şagirdləri arasında “Yol hərəkəti qaydaları və onlara necə əməl edirik” mövzusu üzrə dərslər təşkil edilib.

Burada əsas olaraq bu qaydalara necə əməl olunduğu, necə riayət edildiyi, əks təqdirdə isə insana vura biləcəyi ən böyük zərəl ya ömürlük şikəst olmaq, ya da ki, həyati bahasına başa gəlmək, yəni həyatını itirmək kimi amillər ön sıraya çəkilmişdi. Bizim gələcəyimiz olan uşaqlar öz həyatlarını heç vaxt zərbə altına qoymamalı, onu həmişə qorumalıdırlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi