Ümummilli lider Heydər Əliyevin 93 illiyi və Gül bayramı ilə əlaqədar məktəbimizdə iməclik keçirildi.

Azərbaycan – Odlar yurdudur. Heydər Əliyev Odlar yurdunun od oğludur. Hər il olduğu kimi bu il də xalqımız ulu öndərimiz H.Əliyevin 93 illik doğum tarixini onun layiq olduğu coşqu ilə qarşılayır. Bütün Vətən torpağı öz şanlı oğlunun Azərbaycan torpağı və millətimiz üçün etdiklərini həmişə ürəyində yaşadaraq May ayının 10-nu bayram kimi qarşılayır. Müstəqil Azərbaycanımızın qurucusu olan Heydər Əliyevin doğum tarixi respublikamızın hər yerində olduğu kimi Nəsimi rayonu Y.Mirzəyev adına 44 nömrəli tam orta məktəbdə də iməclik günü kimi qeyd edildi. Bütün sinif otaqlarıda səliqə-səhman yaradıldı, məktəbimizin həyətində ağac və gül kolları əkildi. Güllərlə Heydər Əliyevin doğum gününü əks etdirən “Ulu-öndər-93” lövhəsi yaradıldı. Bugünkü sabitliyin, quruculuq işlərinin, demokratiya sahəsində əldə olunan nailiyyətlərimizin hamısı üçün xalq öz ulu oğluna borcludur. Odur ki, neçə ki Azərbaycan var, neçə ki Azərbaycan xalqı var böyük rəhbər həmişəyaşar şəxsiyyət kimi ürəkıərdə anılacaq, əməlləri daima yaşadılacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi