Zərifə Əliyevanın anadan olmasının 93 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.

Mayın 5-də Görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan olmasının 93 illiyi münasibətilə 44 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirildi. Dəyirmi masada Zərifə Əliyevanın zəngin ömür yolundan, pedaqoji fəaliyyətindən, tibb elminə verdiyi dəyərli töhfələrdən danışıldı.Məktəbin direktoru Samirə Əkbərova bildirdi ki, ömrünün çox hissəsini Azərbaycan elminə həsr edən görkəmli alimin səhiyyə sahəsində, xüsusilə də oftalmologiya elminin inkişafında misilsiz xidmətləri var. Zərifə Əliyeva yaddaşlarda gözəl alim və ləyaqətli ziyalı olmaqla yanaşı müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu kimi əbədiləşib. Məktəbin direktor müavini Zərifə Əliyevanın keçdiyi şərəfli həyat yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat, mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu deyib.Sinif rəhbəri isə akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurlarından danışdı. Sonra şagirdlərin Zərifə Əliyeva haqqındakı fikirləri dinlənilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi