1”A” və 4”A” sinif şagirdləri “Xocalı-28” mövzusunda anım saatı keçiriblər
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15831476515e5cea834f5bd9.41429604.jpg)
Fevralın 20-də məktəbin 1”A” və 4”A” sinif şagirdləri “Xocalı-28” mövzusunda anım saatı keçiriblər. Şagirdləri bu hadisələri video-çarx vasitəsi ilə izləyiblər. Xocalıların yaşadıqlarını ürək ağrısı ilə seyr ediblər. Gördükləri səhnələr onları dəhşətə gətirib, düşmənə nifrət dolu qəzəbləri bu balacaların gözlərində , üzlərində əks olunub. Sonra onlar şeirlər söyləyiblər, çıçəklərlə şəhidlərimizi yad ediblər, bir dəqiqəlik sükutla xocalıları anıblar.