Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş XIII Şagird-Tələbə Elmi Konfransında şagirdlərimiz iştirak ediblər

Mayın 3-də Bakı şəhəri 44 nömrəli tam orta məktəbin VI, VII, IX, X sinif şagirdləri Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Müasir Azərbaycan Ulu öndər Heydər Əliyev ideyaları işığında” XIII Şagird-Tələbə Elmi Konfransında iştirak ediblər. Konfransda iştirak edən şagirdlərimizin hər biri müxtəlif mövzuları əhatə edən əsərləri təhlil etdilər.Bu konfransın keçirilməsi Ulu öndərimiz Heydər Əliyevin məhz elmə, biliyə, yazarlara verdiyi dəyərlərin nəticəsi kimi şagirdlərimiz və tələbələrimiz tərəfindən yad edildi. Sonda şagirdlərimiz Sertifikat və Diplomla təltif edildilər. Onları bu münasibətlə təbrik edir və uğurlar arzulayırıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi