“Dilim mənim varlığımdır” mövzusunda dəyirmi masa

Fevralın 20-də “Dilim mənim varlığımdır” mövzusunda məktəbdə Beynəlxalq ana dili günü münasibətilə “dəyirmi masa” keçirilib. Dəyirmi masanı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ceyran Həşimova dərs dediyi 7”A”,8”A”,8”B” sinif şagirdlərinin iştirakı ilə təşkil edib.

İlk sözü məktəbin  Azərbaycan dili və ədəbiyyat müəllimi C.Həşimova edib və o öz çıxışında müharibələrin tüğyan etdiyi çox çətin vəziyyətdə yaşayan xalqların bir-biri ilə humanist dəyərlər əsasında əlaqələrinin yaradılmasında bəşəri dəyərlərin qorunmasının vacibliyindən söhbət açıb. Daha sonra 8”A”, 8”B” sinif şagirdləri Ana dilimizin keçdiyi tarixi dövrləri mərhələ-mərhələ təhlil edib, düzəltdikləri slaydla nümayiş etdiriblər. Tarixən çətin sınaqlardan çıxan dilimizin mənşəyi, tarixi abidələri, onu qoruyub müasir dövrə çatdıran şəxsiyyətlər haqqında geniş söhbət açaraq müzakirələr ediblər. Sovet dönəmində dilimizi müxtəlif yad təsirlərdən qoruyub, onun müdafiəsinə qalxan ulu öndər H.Əliyevin müstəsna xidmətlərindən şagirdlər fəxrlə söhbət açıblar.

Daha sonra şagirdlərdən Ayla İmanova, Əli Qarayev yaratdıqları divar qəzetlərindəki məqalələri nümayiş etdirib, ana dilimizə həsr olunmuş şeirlər söyləyiblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi