Məktəbin daha bir uğuru

Məktəb 11-13 fevral tarixlərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi “Sabahın alimləri” IX Respublika müsabiqəsində 2 layihə ilə iştirak edib.

“Maye kristal nanokompozit material” layihəsini 11”A” sinif şagirdi Əlyarbəyova Nəcibə təqdim edib. Layihənin elmi rəhbəri məktəbin kimya müəllimi Almaz Əlyarbəyova olub.

“Boyaq maddələri ilə çirklənmiş tullantı sularının nanokatalizatorlarla təmizlənməsi” layihəsini məktəbin fizika müəllimi Gülarə Mustafayevanın elmi  rəhbərliyi ilə ADA məktəbinin XI sinif şagirdi Baxşıyev Dəniz təqdim edib.

Hər iki layihə Respublika final turuna keçib. “Maye kristal nanokompozit material” layihəsi Respublika final turunda iştirakçı sertifikatı qazanıb. “Boyaq maddələri ilə çirklənmiş tullantı sularının nanokatalizatorlarla təmizlənməsi” layihəsi Respublika final turunda III yerə və bürünc medala layiq görülüb. Bu məktəbin uğuru ilə fəxr edir, şagird və müəllimləri təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi