Koronovirus infeksiyası barədə profilaktik söhbət
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15821019205e4cf5a0c0a8b1.21402949.jpg)
Fevralın 17-də məktəbin həkimi Aytəkin Nurullayeva tərəfindən koronovirus infeksiyası ilə əlaqədar olaraq ciddi profilaktik söhbətlər aparılıb.
Məktəbdə gündə 2 dəfə nəmli təmizləmə işi aparılır, pəncərələr daimi açılır və məktəbin havası tez-tez dəyişdirilir. Məktəbə daxil olan uşaqlar əllərini dezinfeksiya edib, spirtli məhlullla sildikdən sonra məktəbə buraxılır. Koronovirusla bağlı şagirdlər, müəllimlər, texniki işçilər tam məlumatlandırılıb və bu virusla mübarizə üçün bütün təlimat şagirdlərə verilib.