Şagirdlər Mübariz İbrahimovun məzarını ziyarət ediblər

Fevralın 7-də məktəbin 7 “B” sinif rəhbəri Aynur Rzayeva II Fəxri Xiyabana şagirdlərin ziyarətini təşkil edib. Şagirdlər Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günü münasibətilə onun məzarını ziyarət ediblər. Sonra isə gətirdikləri gül dəstələrini məzarın üstünə qoyublar.

Sinif rəhbəri və şagirdlərdən Həmayə Hüseynova qəhrəmanın keçdiyi döyüş yolu haqqında şagirdlərə ətraflı məlumatlar veriblər. Ayrı-ayrı şagirdlər şeirlər söyləyib və onlar and içiblər ki, onun kimi vətəni sevib, yeri gələndə vətənin, şəhidlərin qanını mənfur ermənilərdən alacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi