“Gənclər arasında insan alveri və zorakılıq halları" adlı söhbət
Yanvarın 24-də məktəbdə Gənclər arasında insan alveri və zorakılıq haqında maarifləndirmə işinin gücləndirilməsi məqsədilə “Gənclər arasında insan alveri və zorakılıq halları” mövzusunda X-XI sinif şagirdlərinin iştirakı ilə söhbət aparılıb. Məktəbin psixoloqu Nazilə Hüseynova şagirdlərə insan alverinin, zorakılığın nə olduğunu və onun insan həyatında hansı təhlükələrin yaradacağı hallar haqqında ətraflı məlumat verib.