20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı dəyirmi masa

Yanvarın 14-də məktəbin 8”C” sinfində “20 Yanvar” faciəsinin 30-cu ildönümünə aid “dəyirmi masa” keçirilib. “Dəyirmi masa”da məktəbin riyaziyyat müəllimi Həcər Əliyeva, tərbiyə işləri üzrə direktor müavini Qönçə Cəfərova və 8”C” sinif şagirdləri iştirak ediblər. Həcər müəllimə çıxışında bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan tarixində baş vermiş faciə xalqın yaddaşından heç vaxt silinməyəcək. Bu faciədən 30 il keçir. Keçmiş Sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi