Məktəbdə tədbir keçirilib

Dekabrın 29-da məktəbdə “Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il” münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə məktəbin şagirdləri maraqlı musiqi, rəqs, şeir nömrələri və səhnəciklərlə çıxış ediblər. Sonra tədbir şam ağacı ətrafında Şaxta baba, Qar qız, şən klounlar və incəsənət nümayəndələrinin iştirakı ilə davam edib. Bayram şənliyində Şaxta baba və Qar qız uşaqlara Yeni il arzularını çatdırıb, balacalara bayram hədiyyələri paylayıb və onlarla birgə rəqs edərək şənliyə əlavə rəng qatıblar.

Tədbirdə həmrəylik günü ilə bağlı məlumat verilib. Qeyd edilib ki, milli həmrəylik tarixi Vətənin maraqlarından doğan zərurətdir. Dünya azərbaycanlılarının həmrəyliyi bütün Azərbaycan xalqının ideoloji bütövlüyünü, milli birliyini təmin edən əsas amildir və dövlət siyasətinin prinsipial istiqamətlərindən biridir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi