Şagirdin uğurları
![](https://bakimektebleri.edu.az/uploads/news_gallery/15764776195df723b3e39a36.04098662.png)
Məktəbin illik fəaliyyət planına uyğun olaraq Xüsusi qabiliyyət tələb olunan (incəsənət, musiqi, idman və s.) sahələrdə istedadı ilə fərqlənən uşaq və yeniyetmələrin aşkara çıxarılması, onların istedadının inkişaf etdirilməsi istiqamətində işlərlə əlaqədar olaraq məktəbdə “Gələcək çempionlar aramızdadır” layihəsi davam edir. Bu layihənin iştirakçılarından biri də 6”B” sinif şagirdi Məmmədov Xaliddir. Xalid idmanın “Cüdo” növü üzrə bir çox nailiyyətlər qazanıb, beynəlxalq və yerli yarışların qalibi olub. Gələcəkdə olimpiya çempionu arzusunda olan gənc idmançımıza uğurlar arzulayırıq.