9”B” sinfində "dəyirmi masa" keçirilib

“Müasir dövrdə  ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Təhsil Nazirliyinin 2019-cu il üçün Fəaliyyət  planına uyğun olaraq dekabrın 4-də məktəbin tarix müəllimi Əhmədova Mahnurə 9”B” sinfində “Azərbaycanın qədim tarixi, elmi, mədəniyyəti, incəsənəti, tarixi şəxsiyyətləri, milli-mənəvi dəyərləri, zəngin təbiəti” mövzusunda "dəyirmi masa" keçirilib. Müzakirə zamanı şagirdlərə Azərbaycanın qədim tarixindən, tarixi şəxsiyyətlərindən bəhs edilib. Şagirdlər Azərbaycanın mədəniyyəti və incəsənəti barədə fikirlərini söyləyiblər.

Sonda Azərbaycanın zəngin təbiəti haqqında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, müasir, inkişaf etmiş Azərbaycan Respublikası hər bir çətinlikdən, həmçinin, işğal olunmuş torpaqlarımızın qeyri-şərtsiz azad olunması məsələsindən üzüağ çıxacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi