8”A” sinfində təqdimat keçirilib

Dekabrın 4-də məktəbin biologiya müəllimi Nuranə Abbasova 8”A” sinfində təqdimat keçirib. Təqdimat zamanı şagirdlər qida rasionuna fikir vermək və idmanla məşğul olmağın sağlam həyat tərzinə çox faydalarının olduğunu qeyd ediblər. Təqdimatda çıxış edən Nuranə müəllimə qeyd edib ki, hazırda ən aktual problemlərdən biri də həyat tərzinin əks istiqamətdə inkişafıdır. Sürətli həyat tempi, ekologiyanın pisləşməsi, informasiya və texniki xarakterli gərginliyin artması kimi amillər insan orqanizminə mənfi təsir göstərir. Buna görə də sağlamlığı qorumaq qaydalarını bilmək və əməl etmək vacibdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi