Macarıstan günü

25 noyabr 2019-cu il tarixində 5b sinfində sinif rəhbəri Samirə Adıgözəlovanın təşkilatçılığı ilə “Macarıstan günü ” təşkil olundu. Şagirdlər bu günə çox səylə çalışıb hazırlaşdılar.
Onlar Macarıstan haqqında etdikləri araşdırmaları və təqdimatı nümayiş etdirdilər. Bununla yanaşı Macarıstan Milli geyim və yeməkləri də təqdim olundu. Bu gün şagirdlərin çox böyük marağına səbəb oldu.