Son zəng

İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Bu yaddaqalan, hər an xatırlana biləcək günlərdən biri də “Son zəng” günüdür. Uşaqlığımızın ən çılğın, ən qayğısız vaxtları məktəb illərində olur. İyunun 14-də məktəbdə “Son zəng” günü qeyd olundu. Məktəbdə bir canlanma, şagirdlərdə sevinc dolu bir nisgil hiss olunurdu. Onbirincilər bu günə xüsusi olaraq hazırlaşmışdılar.Bu əziz gün münasibətilə bütün məzunları təbrik edir, arzu edirəm ki, tələbə adına layiq görülüb öz əməlləri ilə Vətənimizin adını həmişə zirvələrə ucaltsınlar.