PEDAQOJİ ŞURANIN İCLASI KEÇİRİLDİ

Məktəbin fəaliyyət planına uyğun olaraq növbəti Pedaqoji Şura iclası keçirildi. İclasda tədris ili ərzində görülən işlər müzakirə edildi, şagirdlərin nailiyyətləri qiymətləndirildi. Əsas məqsəd şagirdlərin akademik nəticələri, müəllim kollektivinin fəaliyyəti, dərsdənkənar məşğələlər və məktəbin ümumi fəaliyyətini müzakirə etmək idi. Həmçinin qarşıdakı tədris ili üçün planlar tərtib etmək və təkmilləşdirmə tədbirləri müəyyənləşdirmək üçün göstərişlər veridi. Sonda məktəbin təqaüdə çıxan kollektiv üzvlərinə minnətdarlıq ifadəsi olaraq çiçək və diplomlar təqdim edildi.