Uca bayrağımız qürur mənbəyimizdir

Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
Prezident İlham Əliyev Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncam imzalamışdır. Sərəncama əsasən , hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir.
Məktəbdə müəllim və şagird kollektivinin iştirakı ilə “Azərbaycan Respublikasının dövlət Bayrağı günü” qeyd olundu. Şagirdlər bayrağa həsr olunmuş şeirlərsəsləndirdilər. Şagirdlərin çəkdikləri Bayrağa həsr olunmuş rəsmlər məktəbin foyesini bəzədi və kollektivə numayiş edildi.
Bir daha dalğalanan üçrəngli bayrağımızla qürur duyuruq. Bütün bunlar şagirdlərimizin bayrağımıza olan sonsuz sevgisinin bariz numunəsidir.