Bilik günü

20 yanvar şəhidi İlqar Əbilhəsənov adına 42 nömrəli tam orta məktəbdə yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbirdə Azərbaycan Dövlət himni səsləndikdən sonra məktəbin direktoru Firəngiz Həmidova məktəbin şagird və müəllim kollektivini təbrik etdikdən sonra məktəbin uğurları barədə məlumat verdi.
«Bilik günü»nə həsr olunan tədbirlərdə iştirak edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov müəllimləri, şagirdləri və onların valideynlərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır. Qeyd etmişdir ki, son illərdə qazanılan bütün uğurlar ölkə başçısı cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, Azərbaycan Respublikasnın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təhsil obyektlərinin yenilənməsi sahəsində gördüyü işlərin və dövlətimizin bu sahəyə xüsusi qayğısının nəticəsi kimi dəyərləndirilməlidir.
Tədbirlər şagirdlərin hazırladıqları bədii kompozisiya, şerlər, məktəb həyatından bəhs edən və vətənpərvərlik mövzusunda mahnılar, milli rəqslər tədbir iştirakçılarının alqışları ilə müşayət olunmuşdur.