Ulu öndər irsi

Nəsimi rayon İcra Hakimiyyəti dəstəyi ilə “Heydər Əliyev irsinin öyrənilməsi” adlı müsabiqə keçirildi. Müsabiqənin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi, təbliği və milli-mənəvi dəyərlərimizi gələcək nəsillərə aşılamaqdan ibarət idi. Məktəbin tarix müəllimi Gülçin Hüseynova və məktəbin şagirdlərindən yığılmış komanda müsabiqədə çıxış etdilər. Beş nəfərlik üzvdən ibarət komanda müsabiqədə üçüncü yerə layiq görüldülər.