Ətraf mühitin mühafizəsi, təbii sərvətlərin qorunması və ondan səmərəli istifadə edilməsi sahəsində məktəbdə keçirilmiş tədbirlər haqqında
Ətraf mühitin mühafizəsi, təbii sərvətlərin qorunması və ondan səmərəli istifadə edilməsi məqsədi ilə 16.03.2016-cı il tarixdə Bakı şəhəri Nəsimi rayonu İlqar Əbilhəsənov adına 42№- li tam orta məktəbdə Bakı şəhəri Ekologiya və Təbii Sərvətlər Departamenti tərəfindən "Ətraf mühitin mühafizəsi hamımızın borcudur " , "Yeni yaşıllıqların salınmasında və mühafizəsində gənc nəslin rolu" , "Şəhərimizi təmiz saxlayaq" mövzularında seminar keçirilmişdir. Tədbir məktəbin VI-VII siniflərinin iştirakı ilə məktəbin akt zalında keçirilmişdir. Tədbir bir saat davam etmiş, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin baş məsləhətçisi N.Məmmədov şagirdlərə yuxarıda adları çəkilən mövzularda mühazirə oxumuş və şagirdləri maraqlandıran sualları cavablandırmışdır.