Məktəbdə “Xocalı Soyqırımının iyirmi dördüncü ildönümü” ilə əlaqədar tədbirlər keçirilmişdir

Məktəb direktoru F.İ.Həmidovanın “Xocalı Soyqırımının iyirmi dördüncü ildönümü ”qeyd edilməsi ilə bağlı 15.02.2016- cı il tarixli 11 №-li əmrinə əsasən məktəbin tədbirlər planı hazırlanmışdır.Tədbirlər planına əsasən 17-26 2016- cı il tarixlərdə məktəbdə Xocalı həftəsi keçirilmişdir . Həftə çərçivəsində Xocalı soyqırımına həsr olunmuş fotostendlər, guşələr hazırlanmış, rəsm sərgilər təşkil edilmiş və divar qəzeti buraxılmışdır. 24-25 fevral tarixlərində Azərbaycanlıların soyqırımı və deportasiya tarixinə həsr olunmuş “Şəhidlər ölmürlər” mövzusunda təşkilat saatları keçirilmişdir. 26 fevral 2016- cı il tarixdə ilk dərs saatları və məşğələlər Xocalı soyqırımına həsr edilmişdir. 26.02.2016- ci il tarixdə məktəbin şagirdləri və pedaqoji kollektivin iştirakı ilə “Xocalı harayı ” adlı ədəbi- bədii kompozisiya keçirilmişdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi