Məktəbdə şahmat yarışı

Məktəbin fiziki tərbiyə müəllimi Kənan Əhmədov tərəfindən şagirdlər arasında şahmat yarışı keçirildi. Yarış 25 fevraldan -28 fevrala tarixinədək keçirildi. Yarışda iştirak etmək istəyən bütün şagirdlərin iştirakı təmin edildi və ümumilikdə 30 şagird iştirak etdi. Turnir Xocalı şəhidlərinin xatirəsinə həsr olundu. Yarış uduzan çıxdı üsulu ilə keçirildi. Fiziki tərbiyə müəllimləri tərəfindən təşkil olundu və icra edildi.
Seçilmiş oyunçulardan məktəbin yığma komandası tərtib edildi. Yarışlara fiziki tərbiyə müəllimi Əhmədov Kənan rəhbərlik etdi.
Yarışda I yer 5"b" sinfindən Hüseynov Balaramdas, II yer 8"c" sinfindən Muradova Leyla, III yer 9"a" sinfindən Hüseynov Krişnadaş layiq görüldü. Qaliblərə məktəbin direktoru tərəfindən diplomlar verildi. Mükafatlandırma mart ayının 1-də keçirildi.