Dünyaya yayılsın Xocalımın harayı anım günü

25 fevral tarixində məktəbdə “Dünyaya yayılsın xocalımın harayı ” adı altında Xocalı soyqırımının anım günün keçirildi. Müəllim və şagird kolletivi ilə birlikdə soyqırım qurbanları və şəhidləri yad edildi. Şagirdlərin çıxışlarında Xocalı faciəsini əks etdirən səhnələr nümayiş olundu, şeirlər səsləndirildi. “Sarı gəlinimin qara bəxti” adlı tamaşa şagirdlər tərəfindən səhnələşdirildi və nümayiş olundu. Hazırlanmış təqdimat vasitəsilə faciəni əks etdirən videoçarx göstəridi. Bir daha bildirildi ki, Xocalı faciəsi zaman keçdikcə dərin bir yara kimi Azərbaycan xalqının qəlbində həmişə qalacaq və heç zaman yaddan çıxmayacaq.