Valideynin məktəbdə bir günü.

        18 fevral  tarixində məktəbimizdə  “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində valideynlərlə görüş keçirildi. 

Görüşdə çıxış edən məktəbimizin direktoru F.İ. Həmidova  layihənin əhəmiyyəti barədə danışdı və  bildirdi  ki, layihə valideynlərin məktəb mühiti ilə daha yaxından tanış olmasını təmin edir. Həmçinin müəllim-valideyn münasibətlərinin inkişafı baxımından əlverişli psixoloji mühitin yaradılmasında mühüm rol oynayır. Müəllim-valideyn əməkdaşlığının şagirdlərin təlim-tərbiyəsindəki rolundan bəhs edən müdir valideynləri təhsil prosesinə cəlb etmək və onların məktəblə əlaqəsini daha da genişləndirmək üçün görülən intensiv işlərdən danışıb. Daha sonra valideynlər məktəb mühiti ilə tanış olub, onlara məktəbin fəaliyyəti, tədris prossesi barədə ətraflı məlumat verilib. Valideynlərin məktəb mühitinə göstərə biləcəkləri töhfələrlə bağlı rəyləri, təklifləri dinlənilib və tədris prosesinin təşkilinin daha da təkmilləşdirilməsi ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi