Mübariz İbrahimovun doğum gününə həsr olunmuş ŞAHMAT yarışı

        Məktəbimizdə Mübariz İbrahimovun doğum gününə həsr olunmuş  ŞAHMAT yarışı 05.02.2019 - 06.02.2019 tarixlərində keçirildi. Yarışda II-IV sinif şagirdləri iştikrak etdi. Ümumilikdə  yarışda 64 şagird iştirak etdi və yarış uduzan çıxdı üsulu ilə keçirildi. Yarış fiziki tərbiyə müəllimləri tərəfindən təşkil olundu və icra edildi. Seçilmiş oyunçulardan məktəbin yığma komandası tərtib edildi. Yarışlara fiziki tərbiyə müəllimləri Əhmədov Kənan və Əliyev Hafiz hakimlik etdi.

Yarışda I yerə 4c sinfindən Əzizov  Ruslan Emin oğlu, II yerə 4c sinfindən Nağıyev Nihad Mahir oğlu, III yerə isə 4c sinfindən Nəsibli Ziya Ülvi oğlu layiq görüldü. Qaliblərə məktəbin direktoru tərəfindən diplomlar verildi. Fəal şagirdlər fərqlənmə diplomloraı ilə təltif edildilər.  Təqdimat mərasimi 7 fevral 2019 cu ildə keçirildi. Qaliblərin və fəal iştirakçıların diplomları II fəxri xiyabanda şəhid Mübariz İbrahimovun qəbrinin ziyarətindən sonra şagirdlərə  təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi