Velosiped sür, hərəkətə sən də qoşul layihəsinin təqdimatı

           5 fevral 2019 tarixində məktəbdə "Velosiped sür, hərəkətə sən də qoşul" layihəsi ilə bağlı tədbir təşkil olundu. Tədbirin məqsədi
90 günlük aktivlik kampaniyası çərçivəsində Respublika Olimpiya Velosiped Məktəbinin təşkilatçılığı, Azərbaycan Velosiped İdmanı Federasiyası, Gənc Velosipedçilər» İctimai Birliyi və Əlil Velosipedçilər Klubunun dəstəyi ilə Bakı şəhərində yerləşən ali və orta təhsil müəssisələrinin tələbə və şagirdlər arasında velosiped idmanına marağı daha da artırmaq və «Velosiped idmanının sağlamlıqda rolu və ondan istifadə qaydaları » mövzusunda seminar-təlim təşkil etmək idi.  Təşkil edilən seminarda məktəbimizin 250 yaxın şagirdi arasında təblığat və təşviqat işləri aparıldı.
Layihənin əsas məqsədi 10.000 nəfərə yaxın tələbə, şagird və valdeynlər arasında təbliğat və təşviqat işləri aparmaqla kütləviliyi artırmaq və məktəbə yeni-yeni idmançılar cəlb etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi